\
20 Aprel 2024 - Şənbə

AVRO-2020-nin rəsmi topu təqdim edilib - FOTO

AVRO-2020-nin rəsmi topu təqdim edilib - FOTO
1701baxış
AVRO-2020-nin rəsmi topunun təqdimat mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, matçları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək final mərhələsində oynanılacaq top təqdim olunub.
 
İdman ləvazimatının əsas rəngi ağdır. Topun üzərində müxtəlif rəngli çalarlar da var. Futbol “mərmi”sini “Adidas” hazırlayıb.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionu AVRO-2020-nin qrup mərhələsinin üç, 1/4 finalın 1 matçına ev sahibliyi edəcək.

Mediapress.az