Erməni idmançını güllələyiblər
1059
Ermənistanlı tayboksçu Aşot Bolyan Rusiyanın paytaxtı Moskvada güllələnib.
"Report" "Moskovskiy Komsomolets" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı idmançının cəsədi noyabrın 13-də Naximov prospektindəki evinin yaxınlığında tapılıb. Yerli sakinlərdən biri maşını park edərkən cəsədi görüb. Bolyan avtomobilinin yaxınlığında güllələnib və onun meyiti bir müddət dayanacaqda qalıb.
Qeyd edək ki, Aşot Bolyan 3 qat dünya çempionu və Dünya Kubokunun qalibi, Ermənistan İdman Federasiyalarının Ümumdünya Assosiasiyasının prezidenti olub.