\
26 Aprel 2024 - Cümə

Rusiyalı 4 qat dünya çempionu Şeyx Şamilə görə cəzalandırıldı (FOTO)

Rusiyalı 4 qat dünya çempionu Şeyx Şamilə görə cəzalandırıldı (FOTO)
1644baxış
Olimpiya çempionu Əbdülrəşid Sədulayev Qazaxıstanın paytaxtı Nur Sultanda keçirilən dünya çempionatındakı zəfərdən sonra İmam Şamilin şəkli olan köynək geyindiyinə görə dörd aylıq diskvalifikasiya olunub.
 
Qaynarinfo xəbər verir ki, bu haqda sobytiya.news Sadulayevin özünə istinadla məlumat yayıb. 
 
Güləşçi "Birləşmiş Güləş Dünyası" beynəlxalq idman federasiyası tərəfindən cəzalandırılıb. 23 yaşlı idmançının bu hərəkəti siyasi və dini baxışlarını ifadə etmək kimi qəbul edilib. Olimpiya çempionunun cəza müddəti 21 yanvar 2020-ci ildə sona çatacaq.
 
Xatırladaq ki, Qazaxıstanın paytaxtında Rusiya komandasının lideri Sədullayev 4-cü dəfə dünya çempionu titulunu qazanıb. O, bu qələbəni Çeçenistanın başçısı Ramzan Kadırovun məşhur açıqlamalarından sonra Şeyx Şamilə həsr etdiyini bildirib.