\
23 Noyabr 2024 - Şənbə

Şenol Güneş: "Azərbaycan ilə hazırlıq matçı oynaya bilərik"

Şenol Güneş: "Azərbaycan ilə hazırlıq matçı oynaya bilərik"
1729baxış

 

Türkiyə və Azərbaycan milliləri yoxlama oyunu keçirə bilər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş məlumat verib.
 
"Sports TV"yə danışan mütəxəssis Bakıya səfəri barədə də məlumat verib: "Təlim-məşq bazalarına baxmaq və digər məsələlər üçün Bakıya getdik. Orada bizə qarşı sevgi gördük. Televiziyaya açıqlama verdim, bizi indidən bağırlarına basdılar. Orada mətbuat konfransı təşkil etməyi planlaşdırırıq. Azərbaycan ilə hazırlıq matçı da oynaya bilərik. Avropa çempionatındakı qarşılaşmaları evimizdə oynayacağıq. Bunun duyğusunu indidən bizə yaşatdılar. Matçlarda da tam olaraq dəstək görəcəyimizi bilirik. Buna görə şanslıyıq". 
 
67 yaşlı mütəxəssis yenidən Bakıya səfər edəcəyini də bildirib.
 
Qeyd edək ki, Türkiyə millisi "AVRO-2020"nin qrup mərhələsində iki oyununu Bakıda keçirəcək. Qardaş ölkə yığması iyunun 17-də Uels, gün sonra İsveçrəni sınağa çəkəcək. Bakıda həmçinin Uels - İsveçrə (13 iyun) və 1/4 final mərhələsinin bir oyunu da baş tutacaq.