\
23 Noyabr 2024 - Şənbə

2019-cu ilin ən çox izlənilən qarşılaşmaları (SİYAHI)

2019-cu ilin ən çox izlənilən qarşılaşmaları (SİYAHI)
1742baxış
"Transfermarkt" portalı 2019-cu ildə dünya futbolunun 10 ən çox izlənilən matçının siyahısını dərc edib. 
 
Birinci pillədə 2018/2019 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" (İspaniya) - "Liverpul" (İngiltərə) oyunu qərarlaşıb. "Nou Kamp" stadionunda keçirilmiş həmin görüşdə 98 299 tamaşaçı olub. Matç Kataloniya komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
CAR liqasının 9 noyabrda Yohannesburqdakı "Soccer City" stadionunda baş tutmuş "Kayzer Çifs" - "Orlando Payrets" oyunu ikinci, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda mayın 18-də oynanılmış "Mançester Siti" - "Uotford" qarşılaşması üçüncüdür. Bu matçları müvafiq olaraq, 88 min və 85 854 tamaşaçı izləyib. 
 
İlk "10-luq"da sonrakı yerləri tutanlar:
 
4. İl ərzində bir neçə matç ("Siqnal İduna Park", Dortmund, Almaniya) — 81 365
 
5. "Real Madrid" - "Barselona" ("Santyaqo Berrnabeu", Madrid, 27 fevral) — 80 472
 
6. İl ərzində bir neçə matç ("Azadi", Tehran) — 80 000
 
7. Fransa - Albaniya ("Stad de Frans", Sen-Deni, 7 sentyabr) — 78 000
 
8. "Milan" - "İnter" ("San-Siro", Milan, 17 mart) — 77 749
 
9. İl ərzində bir neçə matç ("Alyans Arena", Münhen) — 75 000
 
10. "Herta" - "Borussiya" D ("Olimpiaştadion", Berlin, 16 mart) — 74 667. /Report