\
23 Noyabr 2024 - Şənbə

Azərbaycan çempionatında sənədi olmayan futbolçu aşkarlanıb

Azərbaycan çempionatında sənədi olmayan futbolçu aşkarlanıb
1616baxış

AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən “Gənclik UFK” komandasına texniki məğlubiyyət verib.  

Buna “UGİM”-lə (Naftalan) matçda sənədi olmayan futbolçunun iştirakı səbəb olub. Komanda həmin görüşdə 0:6 hesabı ilə uduzub və komitə hesabı olduğu kimi saxlayıb. 

Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “AzMİU” – “Baker Hughes” arasında cavab oyununun 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının heyətində yetərli oyunçunun olmadığı üçün komandaya texniki məğlubiyyət verilib - 0:5. Oyunun 28-ci dəqiqə 53-cü saniyəsində “AzMİU” komandasının oyunçusu Heydər Mustafazadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Qarşılaşmanın 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının oyunçusu Fatih Demirdagın hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzaya məruz qalıb. 29-cu dəqiqə 56-cı saniyədə onun komanda yoldaşı Ayberkemre İnceoğlu hakimə etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb. (report)

Mediapress.az