MPK-də beynəlxalq əlaqələrin yeni strategiyası hazırlanır
1940
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (MPK) beynəlxalq əlaqələrin yeni strategiyası hazırlanır.
Mediapress.az xəbər verir ki, iclasda Beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı 2020-ci il üçün hazırlanmış Beynəlxalq əlaqələrin yol xəritəsinin təqdimatını etmişdir. R. Hacılı ötən dövr ərzində beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barəsində ətrəflı məlumat vermiş, 2020- ci ildə görülməsi nəzərdə tutulan işləri təqdim etmişdir. Komitənin beynəlxalq əlaqələrinin əsas strategiyasını Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, beynəlxalq təşkilatlar, fondlar və digər qurumlarla qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi təşkil edir.
Təqdim olunan yol xəritəsi geniş müzakirə edilmiş və bunun əsasında strategiyanın və onun icrası ilə bağlı tədbirlər planının hazirlanması tapşırıqı verilmişdir. MPK prezidenti İlqar Rəhimov iclasda çıxış edərək bu ilin növbəti Paralimpiya Oyunları ili olduğunu qeyd etmiş və beynəlxalq əlaqələri bu oyunlara hazırlığın vacib tərkib hissəsi kimi vurğulamışdır.
İclasda MPK-nın Baş katibi Kamal Məmmədov iştirak etmişdir.