\
25 Aprel 2024 - Cümə axşamı

Kobi ilə birlikdə 13 yaşlı qızı da ölüb - Fotolar

Kobi ilə birlikdə 13 yaşlı qızı da ölüb - Fotolar
1418baxış
Ötən gün ABŞ-da helikopter qəzasında həlak olan əfsanəvi basketbolçu Kobi Brayantla birlikdə 13 yaşlı qızı Cianna Mariyanın da öldüyü məlum olub.
 
Göyərtədə 1 pilot və 8 sərnişin olmaqla ümumilikdə 9 nəfər olub. Onlardan sağ qalan olmayıb.
Dünən qəza xəbəri mətbuatda yayıldıqda ilkin məlumatlarda Kobinin yanında ailə üzvlərindən heç kimin olmadığı bildirilirdi. Lakin gecə saatlarında artıq qızının da sözügedən helikopterdə oldu təsdiqini tapıb.
 
Cianna Mariayanın ölümünü Los-Anceles meri Erik Qarsetti də təsdiqləyib. 
 
ABŞ-ın keçmiş Prezidenti Barak Obama basketbolçu qızının ölümünü ürək yandıran hadisə adlandırıb.
 
Qeyd edək ki, basketbol üzrə iki qat olimpiya çempionu və beş qat NBA çempionu, "Black Mamba” ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.
 
Brayantın Ciannadan başqa 3 qızı da var. (qafqazinfo)