\
26 Aprel 2024 - Cümə

Dünya çempionumuza zabit rütbəsi verildi (FOTO)

Dünya çempionumuza zabit rütbəsi verildi (FOTO)
1334baxış
Pauerliftinq üzrə dünya çempionu Rövşən Xəlilova zabit rütbəsi verilib.
 
Mediapress.az Oxu.Az-a istinadən xəbərinə görə, xidmətdə və idmanda qazandığı uğurlara görə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrlə ona leytenant rütbəsi təqdim olunub. 
 
Xəlilova leytenant poqonlarını Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayev təqdim edib.