Ronaldu 35 yaşında
Bu gün Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun doğum günüdür.
Hücumçunun 35 yaşı tamam olub.
Ulduz futbolçu daha öncə ölkəsində "Sportinq", İngiltərədə "Mançester Yunayted" və İspaniyada "Real Madrid"in formasını geyinib. Ronaldu 3 dəfə İngiltərə, 2 dəfə İspaniya, 1 dəfə İtaliya çempionu olub.
O, 5 dəfə Çempionlar Liqasını (ÇL), 4 dəfə klublararası dünya çempionluğunu, 2 dəfə UEFA Super Kubokunu qazanıb. Təcrübəli forvard milli komanda ilə Avropa çempionatı və UEFA Millətlər Liqasının qalibidir. O, həmçinin 5 dəfə "Qızıl top" mükafatının qalibi olub.
Ronaldu Çempionlar Liqası tarixində ən çox qol vuran (168 matçda 128 qol) oyunçudur. O, 7 mövsüm ÇL-də ən çox qol vuran oyunçu olub.