\
24 Aprel 2024 - Çərşənbə

Hansı daha çox maaş alır: Messi, Ronaldo, yoxsa Neymar?

Hansı daha çox maaş alır: Messi, Ronaldo, yoxsa Neymar?
1155baxış

 

"Yuventus" un Turin oyunçusu Kriştiano Ronaldonun məvacibi "Barselona"nın kapitanı Lionel Messinin maaşının təxminən yarısı qədərdir. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "L'Équipe"yə istinadən "Marca" məlumat yayıb.
 
Mediada yayılan məlumata görə, Messi vergilər nəzərə alınmamaqla ayda 8,3 milyon avro alır. Ronaldonunsa aylıq gəliri 4,5 milyon avrodur.
"Paris Sen-Jermen”in braziliyalı hücumçu Neymar isə 3 milyon avroluq maaşıyla dünyanın ən çox qazanan üç futbolçusu sırasına daxil olub.