\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Ermənistanda 1 ayda 3-cü baş nazirin anası vəfat etdi - 3 Sarkisyanın ortaq dərdi

Ermənistanda 1 ayda 3-cü  baş nazirin anası vəfat etdi - 3 Sarkisyanın ortaq dərdi
1009baxış

Ermənistanın 2 sabiq baş nazirinin anası 1 gündə vəfat edib. Belə ki, söhbət qardaş olan 2 baş nazirdən gedir.

Mediapress.az News.am-a istinadən xəbər verir ki, 1999-cu ildə Ermənistanın baş naziri olmuş, terror aktında öldürülmüş Vazgen Sarkisyanın və qardaşından sonra 1999-2000-ci illərdə ölkənin baş naziri olmuş, hazırda parlamentdə “Çıxış” blokunu təmsil edən Aram Sarkisyanın anası Qreta Sarkisyan vəfat edib. Səhhətində bir müddətdir problemlər yaşanan Q.Sarkisyan 19 may tarixində 80 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, cari ilin 23 aprel tarixində devrilmiş baş nazir Serj Sarkisyanın anası Nora da ürək çatışmazlığından vəfat etmişdi.