Qohumlarını güllələyən sabiq deputatın 24 yaşlı oğlu tutuldu - Ermənistanda
Mediapress.a xəbər verdiyi kimi, dünən gecə saatlarında Ermənistanın sabiq millət vəkili Məlik Manukyana mənsub “Partez” restoranında baş vermiş atışmada bir nəfər ölüb, yaralananlar var. Bu səbəbdən deputatın 24 yaşlı oğlu saxlanılıb.
Mediapress.az Shamshyan.com-a yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, əldə edilən ilkin istintaq məlumatına görə, deputatın 2 yaxın qohumu – 26 yaşlı qardaşı oğlu Ayk Manukyan və 3 yaşlı bacısı oğlu Romen Arutunyan zərərçəkmişlər sırasında yer alırlar. O da məlum olub ki, restoranda başlayan mübahisə həyətdə silahlı münaqişəyə çevrilib. Atışmada 4 növ odlu silahdan, o cümlədən ovcu tüfəngindən istifadə olunub.
Qeyd olunur ki, insidentə ailələr arasındakı köhnə narazılıq səbəb olub. Atışmada 30 yaşlı Abovyan şəhər sakini Artaşes Gevorkyan öldürülüb, 7 nəfər ağır yaralanıb.